Şahmatçılarımız Avropa çempionatında

Qadın şahmatçılarımız bu gün Türkiyənin Antalya şəhərində başlanacaq Avropa çempionatına qatılırlar.

Sportline.az xəbər verir ki, sayca 20-ci yarışda Azərbaycanı Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Zeynəb Məmmədyarova, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova, Xəyalə Abdulla, Fidan Ağasiyeva və Nərmin Söyünlü təmsil edəcək.

İsveçrə sistemi ilə keçiriləcək fərdi mübarizə 11 turdan ibarət olacaq. Aprelin 23-dək davam edəcək Avropa çempionatının mükafat fondu 60 min avrodur. Qalib 10 min avro qazanacaq. Yarışda ilk 14 yeri tutacaq şahmatçılar Dünya Kubokuna vəsiqə əldə edəcəklər.

Qeyd edək ki, Avropa çempionatı Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.