Şahmatçılarımız dünya çempionatının III turunda qələbə qazanıblar
Azərbaycan şahmatçıları Ayan Allahverdiyeva, Nərmin Abdinova və Səbinə Rzalı Hindistanın Qandinaqar şəhərində gənclər arasında keçirilən dünya çempionatının 3-cü turunda qələbə qazanıblar.
Azərbaycan Şahmat Federasiyasından Sportline.az-a verilən məlumata görə, A.Allahverdiyeva qara fiqurlarla hindistanlı Saparya Qhosu üstələyib.
Qara fiqurlarla mübarizə aparan digər təmsilçimiz N.Abdinova yerli şahmatçı Advika Saruprianı məğlub edib. S.Rzalı isə hindistanlı Hasini Kamabathulanı təslim olmağa məcbur edib.
Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən, 11 turdan ibarət olan yarışda 44 ölkədən 102 şahmatçı mübarizə aparır. 3 turdan sonra Ayan Allahverdiyeva və Nərmin Abdinova ilə yanaşı, daha 6 şahmatçı maksimum nəticə göstərib.