Şakiri klubdan ayrılmaq istəyir

"Liverpul"un futbolçusu Xerdan Şakiri tezliklə klubunu dəyişmək istəyir.

Sportline.az xəbər verir ki, isveçrəli yarımmüdafiəçi bu barədə "Corriere dello Sport"a açıqlamasında özü məlumat verib.

O, İtaliyanın "Latsio" klubuna keçmək istədiyini bildirib: "Liverpul" rəhbərliyinə yeni bir çağırış üçün hazır olduğumu bildirdim. Onlar haqqımda qərar verdilər. Satış imkanlarını nəzərdə keçirəcəklər. İtaliyaya qayıtmaq və "Latsio"da oynamaq istərdim".

Qeyd edək ki, 29 yaşlı futbolçu 2018-ci ildən "Liverpul"da oynayır. O, daha əvvəl "Stok Siti", "İnter", "Bavariya" və "Bazel" də çıxış edib.