"Şamaxı" I Liqa təmsilçisi ilə bacarmadı

"Şamaxı" bu gün yoxlama oyunu keçirib.

Sportline.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komanda 1-ci liqa təmsilçisi"Şəfa" ilə qarşılaşıb.

Şamaxı şəhər stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. "Şamaxı"nın qolunu Abdullahi Şuaybu vurub.

Qeyd edək ki, "Şamaxı" Misli Premyer Liqasının 3-cü turunda "Sumqayıt"ın qonağı olacaq.

Avqustun 29-da keçiriləcək görüş saat 18:30-da başlanacaq.