“Şamaxı” “Kəpəz”i böyük hesabla məğlub etdi
Azərbaycan Premyer Liqası təmsilçiləri "Şamaxı" və "Kəpəz" yoxlama matçında üz-üzə gəlib.
Sportline.az xəbər verir ki, matç "Şamaxı"nın böyük hesablı qələbəsi ilə nəticələnib - 6:1.
Qarşılaşma Qəbələ Şəhər Stadionunda baş tutub.