Şehiç millidə

Bosniya və Herseqovina millisinin, DÇ-2018-in Belçika və Estoniyaya qarşı təsnifat oyunları üçün üçün heyəti açıqlanıb. Sportline.az xəbər verir ki, baş məşqçi Mehmed Bajdareviç "Qarabağ"ın qapıçısı İbrahim Şehiçə də dəvət göndərib. Qeyd edək ki, Bosniya və Herseqovina millisi Belçika ilə oktyabrın 7-də Sarayevoda, Estoniya ilə isə oktyabrın 10-da Tallində görüşəcək.