Şəhriyar Məmmədyarov zirvəni qorudu
Birləşmiş Ərəb Əmirliklərinin Şarjah şəhərində şahmat üzrə FİDE “Qran-Pri”si davam edir. SportLine.az xəbər verir ki, VI turda yarışdakı yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov rusiyalı Dmitri Yakovenko ilə qarşılaşıb.
Qrossmeysterimizin qara fiqurlarla oynadığı partiyada rəqiblər 13-cü gedişdə heç-heçəyə razılaşıblar.
Bu nəticə ilə aktivindəki xalları 4-ə yüksəldən Məmmədyarov liderliyini qoruyub.