"Şəki" zədəli basketbolçusu ilə yollarını ayırıb

"Şəki" klubu basketbolçusu Kris Bartonla yollarını ayırıb.

Sportline.az xəbər verir ki, amerikalı oyunçu Azərbaycan Basketbol Liqasının IV turunda "Gəncə" ilə keçirilən matçda sağ ayaq topuğundan zədələndiyi üçün əməliyyat olunmuşdu.

O, uzun müddət meydanlardan kənarda qalacağı üçün bölgə təmsilçisi ilə müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.