Şeşko bu yay "Leipziq"dən ayrıla bilər
"Leipziq"in parlamaqda olan sloveniyalı forvardı Benjamin Şeşko bu yay klubdan ayrıla bilər.
Sportline.az "Sun Sport" nəşrinə istinadən xəbər verir ki, "Arsenal" və "Əl-Hilal" klubları 22 yaşlı futbolçunu transfer etmək üçün hərəkətə keçib.
Şeşko üçün Almaniya klubu ən azı 90 milyon avro tələb edir.
Sözü gedən futbolçunun "Leipziq"lə sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Şeşko "Arsenal"a transfer olmağa isti yanaşır.
London klubunun baş məşqçisi Mikel Arteta oyunçunun transferini rəhbərliktən tələb edib.