Şevçenkonun yerinə Rebrov
Ukrayna millisinin yeni baş məşqçisi müəyyənləşib.
Sportline.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu vəzifəyə "Al Ayn"ın çalışdırıcısı Sergey Rebrov təyin olunacaq. Onunla 2 illik müqavilə imzalanacaq.
Bununla bağlı Ukrayna Futbol Federasiyası Birləşmiş Ərəb Əmirlikləri təmsilçisninin rəhbərliyi ilə bütün məsələləri həll edib.
Millinin yeni baş məşqçisinin avqustun 9-u rəsmən təqdim edəcəyi gözlənilir.
Qeyd edək ki, Rebrov istefa verən Andrey Şevçenkonu əvəzləyəcək.