Şeydayev oynamadı, komandası uduzdu

Azərbaycan millisinin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Jilina" Slovakiya çempionatının 20-ci turunda "Senitsa"nın qonağı olub. SportLine.az xəbər verir ki, R.Şeydayevin adı "18-liy"ə daxil edilməyib.

Oyuna gəlincə, meydan sahibləri qonaqları əliboş yola salıblar - 2:0.

Qeyd edək ki, "Jilina" məğlubiyyətə baxmayaraq, liderliyini davam etdirir.