Şimali İrlandiya - Azərbaycan matçı kimə həvalə olundu?

2018-ci il dünya çempionatının təsnifat  mərhələsinin Şimali İrlandiya - Azərbaycan matçını  fransalı hakimlər briqadası idarə edəcək. SportLine.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Klemen Turpin olacaq.

Dünya çempionatı, seçmə qrup mərhələsi, C qrupu

11 noyabr

23:45. Şimali İrlandiya - Azərbaycan

Baş hakim: Klemen Turpin

Yan xətt hakimləri: Nikolas Danos, Kiril Qrinqore

Dördüncü hakim: Frank Şneyder (hamısı Fransa).

 

Banner