Şimali İrlandiya Bakıya 300 nəfərlə gəlir
Şimali İrlandiya millisi Bakıda tək qalmayacaq.
SportLine.az Şimali İrlandiya Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Birləşmiş Krallıq təmsilçisi DÇ-2018-in təsnifat mərhələsi çərçivəsində Azərbaycanla keçiriləcək oyuna 300 nəfər azarkeşlə gələcək.
Qeyd edək ki, iyunun 10-da keçiriləcək Azərbaycan - Şimali İrlandiya qarşılaşması saat 20:00-da başlanacaq.