Şimali İrlandiya Bakıya daha bir itki ilə gəlir

Dünya çempionatının təsnifat mərhələsindəki növbəti rəqibimiz Şimali İrlandiya daha bir itki ilə üzləşib. Sportline.az xəbər verir ki, söhbət Kreyq Ketkartdan gedir.  "Uotford"un 28 yaşlı müdafiəçi dizindəki zədə üzündən heyətdən kənarlaşdırılıb. Xatırladaq ki, Azərbaycan - Şimali İrlandiya matçı iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.