Şimali İrlandiyanın heyətində daha bir itki
Şimali İrlandiya millisi Azərbaycan millisi ilə oyun ərəfəsində daha bir itki ilə üzləşib. SportLine.az xəbər verir ki, "Notingem Forest" klubunun hücumçusu Ceymi Uord zədə səbəbilə Bakıdakı görüşü buraxacaq.
Qeyd edək ki, komandanın digər hücumçusu Konor Vaşinqton toyu ilə əlaqədar millimizlə görüşdə iştirak etməyəcək.
Xatırladaq ki, Azərbaycan - Şimali İrlandiya oyunu iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.