Şimali Makedoniya klubu Azərbaycan millisinin voleybolçusu ilə vidalaşıb

Şimali Makedoniyanın "Vardar" klubu Azərbaycan millisinin voleybolçusu Roman Qurski ilə vidalaşıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı oyunçunun müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunub.

Skopye təmsilçisi Qurskiyə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Roman Qurski mövsümün əvvəlində "Vardar"la 1 illik müqavilə imzalamışdı. O, 2018/2019 mövsümündə Azərbaycanda MOİK, 2019/2020 mövsümündə isə “Azərreyl”in formasını geyinib.