Şvanştayger rəsmən ABŞ klubunda
Almaniyalı futbolçu - Bastian Şvanştaygerin "Çikaqo Fayr" klubuna keçidi rəsmiləşib. SportLine.az xəbər verir ki, Futbolçu yeni klubu ilə bir illik müqaviləyə qol çəkib. 32 yaşlı yarımmüdafiəçi bu müddətdə 4,5 milyon dollar qazanacaq.
Xatırladaq ki, B.Şvanştayger bundan əvvəl "Mançester Yunayted"də çıxış edirdi.