Simionenin oğlu "Atletiko"da qalacaq
"Atletiko Madrid" yarımmüdafiəçisi Juliano Simione ilə yola davam edəcək.
Sportline.az xəbər verir ki, Madrid təmsilçisi 22 yaşlı futbolçuya 2030-cu ilin yayına qədər nəzərdə tutulmuş yeni müqavilə təklif edib.
Bu haqda "Marca" nəşri məlumat yayıb.
Qeyd edək ki, Simione "River Pleyt"in yetirməsi sayılır.