Siqaret və viskinin qurbanı olan futbolçu
Fransa “Lion”unun baş məşqçisi Emanuel Adebayorun transferinin alınmamasının səbəbini açıqlayıb. SportLine.az xəbər verir ki Bruno Jenezio mövzuyla bağlı bunları deyib: “Onu komandaya götürmək istəyirdik. Yeri hazır idi. Amma, şəxsi görüşdə o, kofesinə viski əlavə edilməsini xahiş elədi. Ağzında isə siqaret var idi”. Mütəxəssis bu mənzərədən sonra qərarını dəyişdiyini vurğulayıb. Xatırladaq ki, “Lion”a keçidi alınmayan Adebayor bu mövsüm “Kristal Pelas”ın heyətində 12 oyuna cəmi 1 qol vurub.