"Siti"dən "Şalke"yə
Almaniyanın “Şalke” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportline.az xəbər verir ki, 2-ci Bundesliqa təmsilçisi “Mançester Siti”dən Ko İtakuranı icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İtakura 2021/2022 mövsümünü “Şalke”də keçirəcək.
Yaponiya milli komandasının da üzvü olan İtakura 2019-cu ildən “Mançester Siti”də çıxış edir. Yarımmüdafiəçi ötən mövsümü icarə əsasında Niderlandın “Qroningen” klubunda keçirib.