"Siti"nin futbolçusu "Yuventus"a keçə bilər

"Mançester Siti"nin müdafiəçisi Emerik Laport klubunu dəyişə bilər.

Sportline.az "The Times" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu "Yuventus"un maraq dairəsinə düşüb.

Laportun Mançester təmsilçisi ilə müqaviləsi 2025 -ci ilin yayına qədər etibarlıdır və onun transfer dəyəri 45 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Laport bu mövsüm oyuna çıxmayıb.