"Slovan" - "Qarabağ" matçı isveçli hakimə tapşırıldı
Avropa Liqasının 5-ci turu çərçivəsində keçiriləcək "Slovan" (Liberets) - "Qarabağ" görüşünün hakimləri bəlli olub. SportLine.az UEFA-nın saytına istinadən təyinatları diqqətinizə çatdırır.
Baş hakim: Stefan Yohanesson
Köməkçi hakimləri: Fredrik Nilsson, Mehmet Culum (hamısı İsveç)
Hakim inspektor: Stefano Podesçi (San-Marino)
UEFA nümayəndəsi: Roy Ketkart (Şimali İrlandiya)