Sörlot "Yuventus"un hədəfindədir
"Atletiko Madrid"in futbolçusu Aleksander Sörlot karyerasını İtaliya A Seriyasında davam etdirməyə yaxındır.
Sportline.az xəbər verir ki, Turin klubu 30 yaşlı hücumçunun meneceri ilə bu həftə görüşəcək.
Jurnalist Matteo Morettonun məlumatına görə, Sörtlot "Yuventus"da çıxış etmək üçün maaşının azalmasınada razıdır.
Qeyd edək ki, norveçli qolyador ötən mövsüm "Atletiko"nun heyətində 54 rəsmi matçda iştirak edib. Təcrübəli futbolçunun aktivində 20 qol, 1 asist var.