"Spartak" - "Qalatasaray" anlaşması baş tutmadı
Rusiyanın "Spartak" və Türkiyənin "Qalatasaray" klublarının Karlos Kuestanın transferi ilə bağlı anlaşması baş tutmayıb.
Sportline.az xəbər verir ki, bu haqda "Derin Gala 1905" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Moskva təmsilçisi fikrindən dönüb. Səbəb hələ açıqlanmır.
Qeyd edək ki, Kuesta ötən mövsüm meydana çıxdığı 9 oyunda məhsuldarlığı ilə seçilməyib.
Dəyəri 7 milyon avro kimi göstərilən futbolçunun "Qalatasaray"la 2028-ci ilədək müqaviləsi var.