"Spartak" yeni transferi açıqladı
Moskva "Spartak" heyətə yeni futbolçu cəlb edib.
Sportline.az xəbər verir ki, moskvalılar "Renn"in müdafiəçisi Kristofer Vu ilə anlaşıblar.
Bu haqda klubun rəsmi səhifəsində məlumat paylaşılıb.
"Qırmızı-ağlar" Kamerun millisinin futbolçusu ilə 4 illik müqavilə bağlayıblar.
Qeyd edək ki, 2022-ci ildən "Renn"in formasını geyinən Vu, bu mövsüm bütün turnirlər daxil meydana çıxdığı 21 oyunda məhsuldar göstərici ilə fərqlənməyib.
Onun transfer dəyəri 6 milyon avrodur.