"Sportinq" "Real"a elçi düşüb
"Sportinq" "Real Madrid"in brazilyalı gənc futbolçusu Endriki icarə əsasında heyətinə qatmağı planlaşdırır.
Sportline.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, Portuqaliya klubu isveçli forvardı Viktor Gyökereslə yollarını ayıracağı təqdirdə, Endriki transfer etməyə çalışacaq.
Oyunçunun meneceri "Sportinq"lə təmas halındadır. Lakin "Real"ın baş məşqçisi Xabi Alonso futbolçunun klubdan ayrılmasına etiraz edib.
Qeyd edək ki, Endrik ötən mövsüm cəmi 847 dəqiqə meydanda olub.