"Sportinq"dən "Real Madrid"ə doğru

"Sportinq"in futbolçusu Morten Hyulmand "Real Madrid"in transfer hədəfinə çevrilib.

Sportline.az xəbər verir ki, Joze Mourinyo danimarkalı oyunçunun transferini prezident Florentino Perezdən xahiş edib.

Bu haqda "COPE" nəşri məlumat yayıb.

Qeyd edək ki, M.Hyulmand "los blankos"a keçməyə istəklidir.

26 yaşlı yarımmüdafiəçinin dəyəri 45 milyon avrodur.