Subotiçdən yubiley qolu

Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçirilən "İnter" - "Qəbələ" matçının birinci qolu yubiley xarakteri daşıyıb. SportLine.az xəbər verir ki, penaltidən fərqlənən Daniel Subotiç "radarlar"ın Azərbaycan Kubokunda 80-ci qoluna imza atıb.

Belə ki, “qırmızı-qaralar” bunadək keçirdiyi 50 matçda 79 dəfə fərqlənmişdi. 51-ci görüşdə Subotiçin dublu və Ozobiçin qolu ilə bu rəqəmi 82-ə çatdırıb.

Banner