"Sumqayıt" AZAL-ı darmadağın etdi
Premyer Liqanın III dövrəsinə hazırlığı davam etdirən "Sumqayıt" Futbol Klubu ikinci yoxlama oyununu keçirib. SportLine.az klubun saytına istinadən xəbər verir ki, 1-ci divizion təmsilçisi "Şərurspor"la heç-heçə edən "kimyaçılar" növbəti görüşdə AZAL-ı qəbul edib. Oyun "Sumqayıt"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində Amil Yunanov (2), Ağabala Ramazanov və Xəyal Nəcəfov fərqlənib.
Qeyd edək ki, "Sumqayıt" FK növbəti yoxlama oyununu yanvarın 13-də səfərdə AZAL-a qarşı keçirəcək.