"Sumqayıt" bu həftə "Sabah"la görüşəcək
"Sumqayıt" Premyer Liqamızdakı fasiləda daha bir yoxlama matçı keçirəcək.
Sportline.az xəbər verir ki, bu haqda Sport24.az-a məlumat verən komandanın baş məşqçisi Ayxan Abbasov "Sabah"la görüşəcəklərini bildirib.
Komandalar sentyabrın 4-də oynamağı razılaşdırıb. Matçın məkanı və başlanma saatı hələ dəqiqələşməyib. Ancaq matçın "Sabah"ın meydanında - "Bank Respublika Arena"da olacağı gözlənilir. Bu yerdə bildirək ki, adıçəkilən komandalar son turda Sumqayıtda qarşılaşdı və meydan sahibləri 2:0 hesbaıyla qalib gəldi.
Xatırladaq ki, fasiləyə vahid lider kimi yollanan "Sumqayıt" fasilədə ilk sınaq matçını "Keşlə"ylə "ASK Arena"da keçirərək 2:3 hesabıyla yenilib. Bu gün istirahətdə olan sumqayıtlılar sabah doğma məkanda hazırlığını davam etdirəcək.