"Sumqayıt" İran çempionu ilə bacarmadı
Antalyada yəlim-məşq toplanışını davam etdirən "Sumqayıt" bu gün daha bir yoxlama oyununda qüvvəsini sınayıb. SportLine.az xəbər verir ki, "kimyaçılar"ın növbəti rəqibi İranın "Sepahan" klubu olub.
Gərgin mübarizə şəraitində keçən qarşılaşma İran çempionunun qələbəsi ilə başa çatıb - 1:2. Təmsilçimizin yeganə qoluna Pərdis Fərcad Azad imza atıb.
Qeyd edək ki, “Sumqayıt” əvvəlki matçlarda Qazaxıstanın “Akjayık” klubunu 1:0 hesabı ilə məğlub edib, Rumıniyanın “Voluntari” komandası ilə heç-heçə edib – 0:0.