"Sumqayıt"dan 6 qol

Mövsümün ikinci yarısı üçün təlim-məşq toplanışını davam etdirən "Sumqayıt"ın əvəzedici komandası bu gün növbəti yoxlama oyununu keçirib.
 
SportLine.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Rövşən Babayevin rəhbərlik etdiyi komanda Qusarın "Şahdağ" klubunu 6:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Bu oyunda Sumqayıt təmsilçisinin üzvü Emil Həsənzadə het-trikə Şahin Əliyev isə dubla imza atıb. Digər qolu isə Bayram Nuruzadə vurub.

Qeyd edək ki, "Sumqayıt"ın əvəzedici komandası daha öncə U-19 millimizlə heç-heçə edib, "Qaradağ Lökbatan"a isə uduzub.

Banner