"Sumqayıt"ın futbolçusu millidə

"Sumqayıt"ın futbolçusu Abdul Raşid Mumini Benin millisinə dəvət alıb.

Sportline.az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb. 

O, Afrika Millətlər Kubokunda çıxış edəcək yığmanın heyətində yer alacaq.

Mumini bu səbəbdən "Neftçi" və "Sabah"la görüşlərdə iştirak edə bilməyəcək.

Qeyd edək ki, D qrupunda yer alan Benin millisi Seneqal, Botsvana və Konqo Demokratik Respublikası ilə qarşılaşacaq.

Afrika Millətlər Kubokuna dekabrın 21-də start veriləcək.