"Sumqayıt"ın yeni kapitanı açıqlandı

"Sumqayıt" komandasının yeni kapitanının adı açıqlanıb.

Sportline.az xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisi məlumat yayıb.

Cari mövsüm komandanı meydana kapitan kimi Səbuhi Abdullazadə çıxaracaq.

Vitse-kapitanlar isə Mehdi Cənnətov və Roi Kehat olacaq.