Super Kubok: 93-cü dəqiqədə qol vuran Mahir penalitlərdə uğursuz oldu
Polşada Super Kubok matçı keçirilib.
Sportline.az xəbər verir ki, fəxri mükafat uğrunda "Legiya" və "Rakov" qarşılaşıb.
İlk hissədə geri düşən "Legiya" əsas vaxta artırılan dəqiqələrdə tarazlığı bərpa edib. 90+3-cü dəqiqədə qol vuran Mahir Emreli komandasının həyatını müəyyən müddətə xilas edib. Lakin, penaltilər seriyasında "Rakov" qalib gəlib. Emreli penaltini dəqiq yerinə yetirə bilməyib.
Bu, Emrelinin 3-cü rəsmi qoludur. Digər 2 qolu isə millimizin üzvü UEFA Çempionlar Liqasında Norveçin "Budo Qlimt" komandasına vurub.