Super kubokun yeri məlum oldu

Türkiyə superkubokunun oyunu Qətərdə keçiriləcək.

Sportline.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytı məlumat yayıb.

Superliqanın son qalibi “Beşiktaş”la ölkə kubokunun finalçısı “Antalyaspor” Qətərin paytaxtın Dohadakı “Əhməd Bin Əli” stadionunda üz-üzə gələcək.

2022-ci il yanvarın 5-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də başlanacaq.