Super Liqada yeni mövsümün vaxtı açıqlandı
Türkiyə Super Liqasında 2022/2023 mövsümünün tarixi məlum olub.
Sportline.az xəbər verir ki, çempionat 5, 6, 7, 8 avqustda keçiriləcək oyunlarla başlanacaq. Mövsümün bitmə tarixi isə 2023-cü ilin 28 mayına təyin olunub.
Qətərdə keçiriləcək dünya çempionatına görə 14 noyabr tarixində yarışda fasilə elan olunacaq.
Qeyd edək ki, yeni mövsümdə Türkiyə Super Liqasında 19 komanda mübarizə aparacaq.