Tağıyev "Səbail"də

"Səbail" heyətinə yeni futbolçu qatıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Cavid Tağıyevi transfer edib. 29 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. O, komandada 10 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Tağıyevin son klubu "Sabah" olub.