Tanınmış futbolçu Birinci Divizionda

Yeni mövsümə hazırlaşan "Kəpəz" yeni transferi ilə diqqət çəkib. 

Sportline.az xəbər verir ki, I Divizion təmsilçisi Cavid İmamverdiyevi heyətinə cəlb edib. Bu barədə klubun "Facebook" səhifəsi paylaşım edib. Təcrübəli yarımmüdafiəçi "sarı-göylər"in heyətində 8 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, 31 yaşlı futbolçunun son klubu "Sumqayıt" olub.