Tanınmış klub prezidentin adını daşıyacaq

Çeçenistan respublikasının "Terek" klubunun adı dəyişdiriləcək. Sportline.az sports.ru-ya istinadən xəbər verir ki, bu haqda sözügedən klubdan məlumat verilib. Rusiya Premyer Liqasının yeni mövsümündə bu komanda "Axmat" adı altında çıxış edəcək. Xatırladaq ki,  Çeçenistan respublikasının mərhum prezidenti Axmat Kadırov Qroznı şəhər stadionunda törədilən terror nəticəsində həlak olmuşdu.