Tanınmış referi karyerasını başa vurur

Niderlandlı futbol hakimi Byorn Kuypers karyerasını başa vurur.

Sportline.az xəbər verir ki, 48 yaşlı FIFA referisi son olaraq avqustun 7-də "Ayaks" və PSV komandaları arasında keçiriləcək Niderland Super Kuboku uğrunda matçı idarə edəcəyini açıqlayıb.

Qeyd edək ki, Byorn Kuypers Avropa çempionatının final oyununda da baş hakim olub. İtaliya seçməsi həlledici görüşdə İngiltərəni penaltilər seriyasında məğlub edib.

Kuypers AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçirilmiş Danimarka və Çexiya komandaları arasında 1/4 final qarşılaşmasını da idarə edib.