Təhlükəsizliyi 3000 polis təmin edəcək

Çempionlar Liqasının qrup mərhələsinin "Qarabağ" - “Roma” matçı üçün Bakı şəhərində təhlükəsizlik tədbirləri yüksək həddə çatdırılıb.Sportline.az  xəbər verir ki, bu məqsədlə oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda qərargah yaradılıb. Oyunun təhlükəsizliyinə polis və daxili qoşun qüvvələri də daxil olmaqla 3000-dən artıq heyət cəlb olunub.  Qərargaha Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Səhlab Bağırov rəhbərlik edir.