"Telekom" çempion!

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 2016/2017 mövsümünün mükafatçılarının adlarına aydınlıq gəlib. SportLine.az xəbər verir ki, Super Liqa "Telekom"un çempionluğu ilə yekunlaşıb.

"Lokomotiv"lə görüşdə qələbə qazanan (3:0) "rabitəçilər" əsas mükafata sahib çıxıblar.

"Azərreyl" gümüş, "Azəryol" isə bürünc medallara yiyələnib.

"Lokomotiv" 4-cü, Gürcüstan seçməsi isə sonuncu olub.