Ten Haqın taleyi həll olunur

"Mançester Yunayted"in baş məqçisi Erik Ten Haqın başı üzərindən qara buludlar hələ də seyrəlməyib.

Sportline.az xəbər verir ki, niderlandlı mütəxəssisin üzərinə təzyiqlər davam edir.

Məşhur jurnalist Fabrisio Romanonun sözlərinə görə, onun taleyi qarşıdakı iki oyundan asılı olacaq.

Söhbət "Portu" ilə Avropa Liqası matçı ilə İPL-in "Aston Villa" qarşılaşmasından gedir. 

Qeyd edək ki, çempionatın son oyununda "Tottenhem"ə 0-3 hesablı məğlubiyyətdən sonra Ten Haqın istefası yenidən gündəmə gəlib.

"Qırmızı şeytanlar" hazırda 7 xalla 13-cü pillədə qərarlaşıblar.