Tennis üzrə Azərbaycan birinciliyi yekunlaşdı

Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə Bakı Tennis Akademiyasında uşaq, yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyi keçirilib.

Sportline.az xəbər verir ki, böyük əhəmiyyət kəsb edən yarışda 60-dan çox tennisçi mübarizəsi aparıb.

Birincilikdə Cahangir Aslanov, Cəmilə Hüseynzadə, Raul Yüzbaşov, Tansu Qədirli, Aydan Aysamov, Lalə Eyvazova, Artem Mikoliuk öz yaş kateqoriyalarında qalib gəliblər.