Teo Hernandez “Milan”dan niyə ayrılıb?
Teo Hernandez maraqlı açıqlamaları ilə gündəmə gəlib.
Sportline.az xəbər verir ki, "La Gazzetta dello Sport" nəşrinə müsahibəsində İtaliya klubundan gedişinin məcburi olduğunu bildirib və müəyyən şəxslər klubda qaldığı müddətdə geri dönüş ehtimalını istisna edib.
"Mən daha yaxşı münasibətə layiq idim. Bunu gözləmirdim. Bəzi komanda yoldaşlarım qalmağımı istəyirdi. Amma klub rəhbərlərindən biri səni çağırıb deyirsə ki, ‘Qalsan, səni komandadan kənarlaşdıracağam’, bu halda nə edə bilərəm? Məcbur qalıb başqa variant axtardım. Mənim prioritetim qalmaq idi", - deyə T.Hernandez bildirib.