Ter Ştegen "Ayaks"a keçir

"Jirona"da icarə əsasında çıxış edən Mark-Andre ter Ştegen karyerasını Niderland çempionatında çıxış edə bilər.

Sportline.az xəbər verir ki, "Ayaks" 34 yaşlı futbolçunu heyətinə qatmaq üzrədir.

Bu haqda "Diario Sport" nəşri məlumat yayıb.

Qeyd edək ki, M.Ter Ştegen müqavilə əsasında "Barselona"ya məxsusdur.