Ter Ştegen "Barselona"ya qəzəblənib
Ter Ştegen “Barselona”ya qarşı olduqca qəzəblidir. Buna səbəb baş məşqçi Hansi Flikin onu növbəti mövsüm planlarına daxil etməməsi olub.
Sportline.az "Cadena Cer" nəşrinə istinadən xəbər verir ki, alman qapıçı buna baxmayaraq, klubda qalaraq yerini qorumaq və əsas heyətdə oynamaq uğrunda mübarizə aparmaq niyyətindədir.
Bununla belə, Ter Ştegenin meneceri ehtiyat variant kimi artıq ona yeni klub axtarmağa başlayıb.
Əgər futbolçu sonradan ayrılmaq qərarına gəlsə, bu prosesi sürətləndirmək üçün hazırlıqlar görülür.
Qeyd edək ki, Ter Ştegenin "Barselona" ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.