Ter Ştegen fikrində qətidir

"Barselona"nın almaniyalı qapıçısı Mark Andre Ter-Ştegen klubdan ayrılmayacağını açıqlayıb.

Sportline.az xəbər verir ki, futbolçu fikrində qətidir. 

Bu haqda "Cadena Ser" nəşri məlumat yayıb.

Kataloniya klubunun baş məşqçisi Hansi Flik 33 yaşlı qapıçıya onu əsas heyətdə oynatmayacağını söyləyib.

Qeyd edək ki, Ter Ştegenin "Barselona" ilə sözləşməsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.