Ter Ştegen İngiltərə klubuna keçə bilər

"Barselona"nın almaniyalı qapıçısı Mark Andre-Ter Ştegen karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az "Diario Sport" nəşrinə istinadən xəbər verir ki, "Nyukasl Yunayted" təcrübəli kiperi heyətinə qatmaq istəyir.

33 yaşlı futbolçunun Kataloniya təmsilçisi ilə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Ter Ştegenin transfer qiyməti 10 milyon avrodur.